"Real"ın prezidenti Florentino Perez futbolçusu Arda Gülerin gələcəyi haqqında danışıb.
QOL.az xəbər verir ki, daha əvvəl 19 yaşlı yarımmüdafiəçinin kifayət qədər oyun şansı almadığı üçün klub rəhbərliyindən icarəyə göndərilməyi tələb etdiyi bildirilirdi.
"Defensa Central"ın yaydığı məlumata görə, F.Perez Türkiyə millisinin üzvünün gələcəyi haqqında danışıb və onun bu qış komandadan ayrılmayacağını vurğulayıb:
"Arda qış transfer pəncərəsində getməyəcək, "Real"da qalacaq. Buna şübhəniz olmasın. Müzakirə bitdi".
Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız ötən qış komandada debüt edə bilib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 12 matçda iştirak edib və cəmi 307 dəqiqə meydanda olub. Lakin Arda qol və ya qol ötürməsinə imza atmayıb.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi