Bu gün Azərbaycan milli komandası UEFA-nın Millətlər Liqasında bu mövsüm üçün çıxışını başa vuracaq. Qrupun sonuncu - 6-cı oyununda rəqib İsveç millisidir. Oyun Stokholmda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
QOL.az-ın xəbərinə görə, Skandinaviya təmsilçisinə qarşı bu matçın nəticəsindən asılı olmayaraq, Azərbaycan komandası qrupu sonuncu yerdə başa vuracaq. İsveç düşərgəsi də matça qələbə üçün çıxacaq. Çünki komanda qalib gəlməklə ən yaxşı qrup birincisi kimi DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazana bilər.
Qeyd edilməlidir ki, hazırda C liqasında çətin, hətta tragikomik durumda olan komanda elə Azərbaycan millisidir. 5 matçdan cəmi 1 xalı olan Fernandu Santuşun kollektivi qalib gəlib xalını 4-ə yüksəltsə belə, öz qrupunu sonuncu yerdə bitirəcək. Çünki şəxsi oyunlarda Estoniya bizdən üstün olub.
Beləliklə, Azərbaycanın öz qrupunda sonuncu olması onu D liqasına yaxınlaşdırır. Amma tük nazikliyində bir ümid də var ki, biz C liqasında qalaq.
Bəs, bu, necə baş verə bilər?
Daha öncədən yazdığımız kimi, C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə, D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olacaq ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).
Hazırda C liqasında 4 qrup sonuncularının xal durumu belədir:
Latviya - 4 xal (çıxışını başa vurub)
Lüksemburq - 3 xal (çıxışını başa vurub)
Azərbaycan - 1 xal (bir oyunu qalıb)
Litva - 0 xal (çıxışını başa vurub)
Sıralamadan da göründüyü kimi, Azərbaycan millisinin D liqasına birbaşa düşməməsinin yeganə yolu bu gün İsveçə qalib gəlib xalını 4-ə yüksəltməsidir. Bəli, bu, möcüzə kimi görünür…
Fərz edək ki, möcüzə baş verdi, onda biz Latviya ilə birgə D liqasının 2 ən yaxşı qrup 2-cisindən biri ilə oynayacağıq. Rəqib püşklə müəyyənləşəcək. D liqasında ikincilərindən biri Cəbəllütariqdir, digəri isə ehtiyatda hələ bir oyunu qalan Malta olacaq.
Bugükünkü matçda möcüzə başa verməsə isə…
Salam, D liqası!
Ən zəiflərin liqası.
Qol.az
Mbappe: Dembele "Qızıl Top"a layiqdir"
PSJ-dən ayrıldı, Qətər klubuna keçdi
Millimiz Avropa kubokundan gümüş medalla qayıdır
Gürcüstan millisindən böyükhesablı qələbə
Azərbaycan 2-ci Liqasında 1-ci tur başa çatdı
Ali Koçdan baş məşqçi açıqlaması
“Qarabağ” Nərimanın durumunu açıqladı - Zədəsi ciddidir
Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq
"Barselona"nın sabiq futbolçusu İran klubunda
"Bayer"in baş məşqçi vəzifəsinə əsas namizəd
Dembele Azərbaycan millisi ilə oyunu buraxacaq
"Beşiktaş" "Liverpul"un hücumçusunu istəyir
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlandı
Azərbaycanın üç boksçusu rinqə çıxır - Dünya çempionatı
Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
İngiltərə millisinin qələbəsi - Video
“Qalatasaray”ın 75 milyona aldığı Osimhen zədələndi
Messi: “Karyeramı bitirəcəyim an yaxınlaşır”
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
Fransa millisində dəyişiklik
“Zirə”nin müdafiəçisi Nigeriyaya qarşı oynadı
İngiltərə və Portuqaliyadan qələbə - DÇ-2026
Rafinya "Disneyland Paris"i irqçilikdə günahlandırdı
"Arsenal"ın oyunçusu "Beşiktaş"a keçməyəcək
"Şamaxı" yoxlama oyunu keçirdi
"Trabzonspor" "Mançester Yunayted"lə razılaşdı
"Barselona" onunla yeni müqavilə imzalamaq niyyətində deyil
"Azərbaycanlılar antifutbol göstərirdilər"
2-ci Liqaya start verildi, 3 oyun keçirildi
Harri Maquayra Səudiyyə Ərəbistanından təklif
Alkantara "Barselona"ya qayıdır