"Sportinq"in futbolçusu Viktor Gyökereş gələcək planları haqda danışıb.
QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu İsveç mətbuatına açıqlamasında deyib: "Mən mövsümü "Sportinq"də bitirmək istəyirəm. Buranı sevirəm. Vaxtı gələndə yeni klub haqda düşünəcəyəm. Ən vacibi odur ki, mən oynamaq istəyirəm. Digər faktorlar da var".
O, sabiq baş məşqçisi Ruben Amorimlə birgə "Mançester Yunayted"ə keçməyi planlaşdırmadığını bildirib: "Onun yeni klubunda hücumçuları var. "Sportinq"i tərk etməsini görmək məyusedicidir, amma, əlbəttə ki, onun qərarını anlayırıq. O, mənim üçün vacib idi. Amorim mənə şans verdi ki, özümü inkişaf etdirim".
Qeyd edək ki, Viktor Gyökereş bu mövsüm "Sportinq"in heyətində 18 oyuna çıxaraq 23 qol vurub və 4 qolun ötürməsini edib. Onun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi