"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim bu gün klubdakı işinə başlayıb.
QOL.az xəbər verir ki, bununla bağlı Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı məşqçinin bir neçə gündən sonra komanda ilə görüşəcəyi bildirilib. Milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından "Mançester Yunayted"in növbəti oyunu 13 gündən sonra - noyabrın 24-də olacaq. "Qırmızı şeytanlar" Premyer Liqanın 12-ci turunda "İpsviç"in qonağı olacaq.
"Mançester Yunayted" bu gün həmçinin, müvəqqəti baş məşqçi Rud Van Nistelroyun komandanı tərk etdiyini də açıqlayıb. Açıqlamada bildirilib: “Rud “Mançester Yunayted” əfsanəsi olub və həmişə belə olacaq. Biz onun töhfəsinə və klubda çalışdığı müddətdə öz işinə yanaşma tərzinə görə minnətdarıq. O, həmişə "Old Trafford"da ın yaxşı qonaq olacaq".

"The Athletik"in məlumatına görə, Van Nistelroy məhz yeni baş məşqçi Amorimin təşəbbüsü ilə klubu tərk edib.
Qeyd edək ki, Nistelroy futbolçu karyerası ərzində 2001-2006-cı illərdə "Mançester Yunayted"də oynayıb.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video