"Barselona"nın sabiq hücumçusu Tyeri Anri "Real"ın futbolçusu Kilian Mbappeni tənqid edib.
QOL.az xəbər verir ki, o, 25 yaşlı forvardın hücum xəttində kifayət qədər effektiv olmadığını deyib:
“Düşünürəm ki, komanda Mbappeyə görə məyus durumdadır. Mən başa düşürəm ki, bu, asan deyil. Cud Bellinqem Mbappenin etməli olduğu şeyləri etməyə çalışır... Kilian təkmilləşməlidir ki, vəziyyət daha pis olmasın. Biz ondan Didye Droqba kimi topu saxlamasını tələb etmirik, topu götürüb hamını yerə sərməsini istəmirik. Amma Mbappe hücumçu kimi oynayıb, komandasına fayda verməlidir".
Xatırladaq ki, Mbappe bu yay Madrid klubuna keçib. Fransalı futbolçu cari mövsümdə 15 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi