Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadovun QOL.az saytına müsahibəsi
- U-21 millimizin Avro-2025-in seçmə mərhələsində Şimali İrlandiya (0:5) və İngiltərə (0:7) ilə oyunlarında komandanın düşərgəsində oldunuz. Millimizin ağır məğlubiyyətləri ilə bağlı nə düşünürsünüz?
- Nəticə acınacaqlıdır. Buna söz yoxdur. Biz 30 il bundan qabaq belə uduzurduq. Amma onda yenicə komanda yaradırdıq. O vaxtdan istədiyimiz yolu hələ ki, tapa bilmirik. Əsas iş klublarda olmalıdır. Klublara da şərait lazımdır.
Mən Brtitaniyada futbolun şəraiti haqda eşitmişdim, amma bu dəfə gözümlə gördüm və heyran qaldım. Şimali İrlandiyanın 2 milyona yaxın əhalisi olsa da, ölkədə 250 stadion var. Özü də necə meydançalar? Bizim millimiz məşq etdiyi stadionda 12 meydança var idi. Onun 3-ü süni, 9-u isə təbii ot örtüklü idi. Çox yüksək səviyyədə meydançaları var. Orada futbola münasibət tam başqadır.
Oyuna gəldikdə açıq deyə bilərəm ki, futbolçularımızın gücü o qədərdir. Onların çoxunu yaxşı tanıyıram. Söhbət edəndə deyirəm ki, çalışın klubda yaxşı oynayın, məşqçini məcbur edin ki, sizə fərdi hərəkətlər tapşırsın. Əsas olan bunlardır. Fərdi ustalıq olmasa, güclü rəqiblərlə ayaqlaşa bilmərik. Biz İrlandiyadan çox zəif deyildik. Sadəcə çox səhv etdik. Ona gorə 5 top buraxdıq.
- İngiltərə ilə oyunda da millimiz həddən çox səhv etdi.
- O səhvləri buraxmağı İngiltərə millisi məcbur etdi. Biri var ki, rəqib səni məcbur edə, biri də var ki, özün heç nədən edəsən. Cinahlardan gələn toplar zamanı futbolçularımız düzgün mövqe seçmirdilər, qapıçı da mövqe səhvi edirdi. Ümumiyyətlə, bizim 21 yaşadək futbolçularımızın əsas problemi ondadır ki, əsas heyətdə oynamırlar. Oynayanı da ya əvəzedici komandada, ya da 1-ci liqada çıxış edənlərdir. Çoxunun oyun təcrübəsi yoxdur. Sürət çox, təzyiq çox. Əlbəttə ki, belə rəqiblə oyunda bu cür futbolçular əziyyət çəkəcək. Rəqibin 18 min azarkeşi var idi. Bütün stadion himni oxuyurdu.

- Futbolçu keyfiyyətinin aşağı olmasından danışdınız. Bəs U-21-də Samir Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun işini necə qiymətləndirirsiniz?
- Məşqçilərin işi normaldır. Yeni metodlarla işləyirlər. Hər oyunçunun üzərinə aparat quraşdırılır. Onların göstəricilərinə baxırlar. Amma əfsuslar olsun ki, keyfiyyətli futbolçularımız həddindən artıq azdır. Düzdür, məşqçilərin də səhvi var. Amma onlar da cavandırlar, səhv edə-edə öyrənməlidirlər.
- U-21 millimiz seçmə mərhələdə 10 oyuna cəmi 3 xal qazandı. Düşünürsünüz ki, bundan artığını bacara bilməzdik?
- Elə Şimali İrlandiyadan da xal almaq olardı. Onlar İngiltərə kimi komanda deyil, fərq böyükdür. Amma səhvlərimizdən 100 faiz istifadə etdilər. Bizim Premyer Liqada mövsüm ərzində 7-8 oyun təzyiqli olur. Qalanları orta, ya da aşağı səviyyədə olur. Oyunçu harda inkişaf edir? Təbii ki, təzyiqli oyunlarda. Birinci liqada da vəziyyət ürəkaçan deyil. Meydançalar bərbaddır. Ən əsas məsələ 21 yaşadək futbolçularımızın klublarındakı oyunlarıdır. İngiltərə millisinin heyətində “Yuventus” və Dortmund “Borussiya”sının əsas heyətində oynayan futbolçular var. Qalanları da öz Premyer Liqalarında oynayır. Bizimkilər isə ya birinci liqada çıxış edir, ya da Azərbaycan Premyer Liqa klublarında ehtiyatdadır. Bunlar bəhanə deyil, faktdır.
- Bütün bunların çıxış yolunu nədə görüsünüz?
- Çıxış yolu çox sadədir. İlk növbədə infrastruktur düzəlməlidir. Bizdə meydança yoxdur. Olanlar da bərbaddır. Bir meydançada 4-5 komanda çıxış edir. Dəfələrlə şahidi olmuşam ki, akademiyanın oyunçusu məşq edəndə 1.5 saat tamam olan kimi çıxarırlar çölə ki, o biri qrup gəlir. Axı məşqdən sonra heç olmasa 25-30 dəqiqə uşaqlara fərdi hərəkətlər verməlisən ki, onun üzərində işləsin. Yüksək səviyyədə oynamaq, nəticə qazanmaq istəyiriksə, ilk növbədə infrastruktur olmalıdır. Qəbələdəki kimi başqa bölgələrimizdə də şərait yaradılmalıdır.
- Bütün sadaladığımız problemlərin fonunda əsas millimizin gələcəyi necə olacaq? Bir neçə ildən sonra orada oynamağa futbolçu tapılacaq?
- Əsas millimizin gələcəyi ilə bağlı siz hərdən sual verirsiniz. Biz isə hər gün bu haqda düşünürük. Heç olmasa U-21-dən 3-4 futbolçu əsas millinin qapısını döyməlidir. İspaniyaya baxıb məətəl qalırıq. 16-17 yaşlı futbolçular əsas millidə oynayır. Niyə? Çünki öz klubunda oynayır, inkişaf edir. Onlar milliyə hazır vəziyyətdə gəlir. Yenə gəlib şəraitə çıxırıq. Bizdə hələ də normal bazası olmayan klublar var. Hansı ki, Premyer Liqada çıxış edirlər. Akademiyalarımızın çoxunda gündə bir məşq edirlər. Amma iki dəfə olmalıdır. Bir dəfə ona görə edirlər ki, meydançanın örtüyü dağılmasın. Bax, bizdə durum belədir. Aşağı yaş qruplarından həddindən çox problemlər var. Həm meydança, həm oyunçu, həm də məşqçi sarıdan çatışmazlıqlar mövcuddur. Bunların çoxu maliyyə tələb edir. Maliyyə də normal deyil. Klubların bir çoxunun sponsoru yoxdur. Klubun büdcəsi yaxşı olmalıdır ki, öz akademiyasına ciddi fikir versin. Saymalıdırlar ki, son illərdə öz akademiyalarından əsas komandaya neçə uşaq gəlib. Demək olar ki, yox dərəcəsindədir. Əvvəl “Qəbələ” beynəlxalq turnirlər təşkil edirdi. Qəbələyə xarici klublar gəlirdi. Bunlar çox vacibdir. Böyük təcrübə qazanırdılar. İndi belə turnirlər təşkil edən yoxdur.

- Razısınız ki, əsas millimiz bu gedişlə daha pis duruma düşəcək?
- Razıyam. Düzgün yol olmasa, aşağı yaş qrupları üzrə komandalarımıza fikir verməsək, durum çox acınacaqlı olacaq. Biz hansısa ölkədən bir futbolçunu gətirib milliləşdirmək istəyiriksə, bu da düzgün yol deyil. Çalışaq ki, yerli futbolçularımız millidə oynasın.
- Amma millimizin baş məşqçisi Fernandu Santuş 2028-ci ilə qədər hər şeyin düzələcəyini, komandanın yaxşı futbol oynayacağını deyir.
- Sual özü ağırdır. Mən 2026-cı ildə keçiriləcək dünya çempionatını fikirləşirəm. 2025-ci ildə seçmə mərhələ oyunları başlayacaq. Mən hələ bu haqda düşünürəm. Necə, hansı futbolçularla oynayacağıq? Əsas millidə 3-4 nəfərin yaşı o həddə çatıb ki, tədricən komanda ilə vidalaşmalıdır. Aşağı yaş qruplarında mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi görmürəm. Bütün aşağı yaş qruplarını izləyirəm, xəbərdaram. Qapıçı da yoxdur. Yaradıcı oyunçular tapılmır. Mən gördüklərimi deyirəm. Santuş belə deyirsə, yəqin nəyəsə güvənir.
- Nəyə güvənə bilər?
- Yəqin milliləşdirməyə güvənir. O da bizə lazım deyil. Bizim çıxış yolumuz ancaq aşağıdan başlamaqdır. Uşaq futbolunu dirçəltməliyik.
- Amma neçə ildir görürük ki, futbol idarəçilərimiz çıxış yolunu əcnəbi mütəxəssislərdə görür. Bəlkə, əsas millimizə Xosep Qvardiola gəlsə, işlər yoluna düşər?
- Məşqçilik bir iş yoxdur. Material olmalıdır. Ev tikəndə yaxşı materialın olmasa, 2-3 ildən sonra o ev uçacaq. Bəli, oyunçuların hər hansı hərəkəti dəyişə bilər, amma hardasa 10-15 faiz. Bu da ümumi nəticəyə təsir edə bilməz.
Ramiq Ağaməmmədov
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti