Kurtuanı bıçaqlamaq istədi

Kurtuanı bıçaqlamaq istədi
XƏBƏR 30 Sentyabr 2024 / 11:58 1213
-  A +

İspaniya La Liqasının 8-ci turunun "Atletiko" - "Real" matçında xoşagəlməz hal yaşanıb.

QOL.az "El Chiringuito"ya istinadən xəbər verir ki, meydan sahiblərinin azarkeşləri "Real"ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atıblar. Həmin vaxt oyun yarımçıq dayandırılıb. Azarkeşlərdən bir neçəsi qolkiperə hücum etmək istəyib. Mühafizə xidməti onlardan birinin üzərində bıçaq aşkarlayıb.  Onlar azarkeşin Kurtuaya zərər verməsinin qarşısını alıblar.

Oyun azarkeşlərin xoşgəlməz hərəkətlərinə görə 20 dəqiqəlik fasilədən sonra davam etdirilib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər