"Şamaxı"nın hücumçusu Belajdi Pusinin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 8-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyun 2:2 hesabı ilə yekunlaşdı. Dramatik sonluqla başa çatan matçı necə şərh edərdiniz?
- İlk hissədə oyun bizim üçün çətin alındı. Çünki "Turan Tovuz" aqressiv oynyıradı. Lakin ikinci hissədə daha yaxşı etdik. Qələbə qazanmağa çalışdıq. Buna çox yaxın idik. Təəssüf ki, sonda qələbəni əldən verdik. Ümumilikdə yaxşı oyun keçirdiyimizi düşünürəm.
- "Şamaxı" bu matçda 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Oyunun gedişatına uyğun 2 xal itirdiyimizi düşünürəm. Çünki sonda qələbəni əldən verdik. Amma onu da unutmamalıyıq ki, "Turan Tovuz" yaxşı komandadır.
- “Turan Tovuz”un keçmiş klubunuz olduğunu nəzərə alsaq, bu matça xüsusi motivasiya ilə çıxdığınızı düşünmək mümkündür?
- “Turan Tovuz”a böyük hörmətim var. Orada 2 gözəl il keçirmişəm. Lakin hazırda “Şamaxı”nın uğurları üçün çalışıram. Digər oyunlara necə motivasiya olmuşdumsa, bu matça da o cür köklənmişdim. Xüsusi bir şey yox idi.
- Və qol vurmaqla özünüzü sübut etdiniz...
- Hücumçu üçün qol vurmaq normaldır. Vacib olan yaxşı oynamaq, komandama kömək etməkdir.
- Qol vurduqdan sonra sevinməməyinizin səbəbi nə idi?
- Vurduğum qola sevinməməyim "Turan Tovuz"a olan hörmətimdən irəli gəlir. Bu klubun futbolçularına, rəhbərliyinə, azarkeşlərinə böyük hörmətim var.
- Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- İlk növbədə bərpa prosesi keçməli, daha sonra yaxşı çalışmalıyıq. Hər matça olduğu kimi, qarşıdakı görüşə də qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.
- 7 turdan sonra 12 xalınız var. Halbuki yeni yığılan komandadan çoxları bu nəticəni gözləmirdi. İlk dövrəni “Şamaxı”nın aktivinə yazmaq olar?
- Deməzdim ki, bu nəticə mənim üçün sürpriz oldu. Hələ bu kollektivə qoşularkən inamlı çıxış edəcəyimizə inanırdım. Çünki yaxşı komandamız, yaxşı baş məşqçimiz var. Digərləri üçün bəlkə də sürprizdir. Amma mənim üçün bu, gözlənilən idi. Uğurlu çıxışımızı bundan sonra da davam etdirəcəyimizə inanıram.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Türkiyə İtaliyaya, Belçika Fransaya qarşı
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi