Azərbaycan millisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan millisi dünya çempionatında gümüş medal qazanıb
XƏBƏR 29 Sentyabr 2024 / 10:13 290
-  A +

Atıcılıq üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

QOL.az xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma fəxri kürsünün ikinci pilləsinə qalxıb. Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada fərqləniblər.

Birinci yerə Hindistan təmsilçiləri sahib çıxıblar.

Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır