Azarkeşlər onu təhqir etmək istədi, La Liqa cavab verdi

Azarkeşlər onu təhqir etmək istədi, La Liqa cavab verdi
XƏBƏR 28 Sentyabr 2024 / 18:20 647
-  A +

La Liqa “Real”ın futbolçusu Vinisius Juniyora qarşı hazırlanan təqib kampaniyasının səbəbkarların həbsini tələb edib. 

QOL.az İspaniyanın “As” nəşrinə istinadən xəbər verir ki, La Liqa etdiyi rəsmi açıqlamada irqçilik təbliğatını edən hər bir azarkeşin qanun çərçivəsində həbsini tələb edəcəyini bildirib. Bu cür halların ölkə futbolunun imicinə zərbə olduğu qeyd olunub. 

Qeyd edək ki, sabah keçiriləcək “Atletiko” – “Real” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri oyuna maska ilə gəlib Vinisiusu təhqir etməyi planlaşdırırlar. 


Son xəbərlər