"Qalatasaray" "Yanq Boys"la matçlarda ehtiyatda qalmasına görə baş məşqçi Okan Burukla mübahisə edən futbolçusu Hakim Ziyeşin gələcəyi ilə bağlı son qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Ziyeş Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boys"la hər iki matçda ehtiyatda qalıb. O, buna görə baş məşqçisi Okan Buruka etirazını bildirib və komandadan ayrılmaq istədiyini deyib.

Lakin mərakeşli futbolçu başqa klublardan təklif almadığı üçün "Qalatasaray"da qalıb. Okan Buruk isə planlarında yer almayan 31 yaşlı yarımmüdafiəçini komandadan göndərməyə qərar verib.
Ziyeş 2024/25 mövsümündə matçların 50 faizində meydana çıxarsa, müqaviləsi avtomatik olaraq 1 illik uzadılacaq. Ancaq xəbərdə klub rəhbərliyinin bu variantın aktivləşməsinə icazə verməyəcəyi qeyd olunub.
Səudiyyə Ərəbistanı təmsilçilərindən təkliflər alan Ziyeşin meneceri hazırda futbolçu üçün klub axtarışındadır. "Qalatasaray" oyunçu ilə qış transfer pəncərəsində yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, ötən ilin yayında "Çelsi"dən "Qalatasaray"a keçən Hakim Ziyeş bu müddət ərzində 27 matça çıxıb, 8 qol vurub və 4 qolun ötürməsini verib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi