Müğənninin çıxışını "Real"a görə ləğv etdilər

Müğənninin çıxışını "Real"a görə ləğv etdilər
XƏBƏR 28 Sentyabr 2024 / 13:55 985
-  A +

"Atletiko" meksikalı müğənni Danna Paolanın "Metropalitano" stadionundakı konsertini ləğv edib. 

QOL.az xəbər verir ki, buna səbəb isə müğənninin "Real"a sevgisini etiraf etməsi olub. 

Danna Paola La Liqanın 8-ci turunun sabah keçiriləcək "Atletiko" - "Real" matçının fasiləsində çıxış etməli idi. İspaniyada televiziya proqramlarından birində ona bu təklifi niyə qəbul etdiyi ilə bağlı sual verilib. Müğənni isə sualı belə cavablandırıb: "Çünki mən "Real"ı dəstəkləyirəm. Çox həyəcanlıyam, çünki ilk dəfədir ki, onları yaxından görəcəyəm".

Bundan əlavə, Paola "Real"ın 2:1 hesabı ilə qalib gələcəyini düşündüyünü deyib.

"Atletiko" isə bu açıqlamaya görə Danna Paolanın "Metropalitano" stadionunda çıxış etməsinə icazə verməyib. 


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza