Centlmensayağı razılaşma

Centlmensayağı razılaşma
XƏBƏR 28 Sentyabr 2024 / 12:20 3942
-  A +

Türkiyə superliqa təmsilçisi “Eyüpspor” baş məşqçisi Arda Turanla müqaviləni uzatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Fatih Kulaksız yerli jurnalistlərə bildirib. 

Onun sözlərinə, Arda Turanla anlaşmaları var. Klub rəsmisi deyib ki, növbəti mövsümdən sonra 37 yaşlı mütəxəssisin daha 2 il komandanı çalışaracağına dair razılıq əldə edilib. Bu sözlü, yəni bir növ centlmensayağı razılaşmadır.

“Onunla danışığımız bu şəkildə olub. Məşqçimiz də bu plana sadiqdir, biz də” - deyə F.Kulaksız bildirib.

Xatırladaq ki, Arda Turan ötən mövsümün yekununa əsasən, “Eyüpspor”u 1-ci liqadan Superliqaya çıxarıb. Hazırda komanda 6 oyundan 9 xalla 7-ci yeri tutur.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner