Yusuf Yazıçının yeni kluba keçdiyi bildirilir

Yusuf Yazıçının yeni kluba keçdiyi bildirilir
XƏBƏR 27 Sentyabr 2024 / 14:50 1363
-  A +

Son klubu “Lill” (Fransa) olan Türkiyə millisininn futbolçusu Yusuf Yazıçı ilə bağlı iddia yayılıb.

QOL.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun karyerasını “Olimpiakos”da (Afina) davam etdirəcəyi bildirilib.

Yazıçı bu il iyulun 1-dən azad agent statusun daşıdığından onun transfer pəncərəsi bağlandıqdan sonra da yunan klubuna keçməsində problem olmayacaq. Y.Yazıçının müqavilə imzalamaq üçün bu gün Afinaya gedəcəyi bildirilib.

Xatırladaq ki, “Olimpiakos” Avropa Liqasında “Qarabağ”ın 8 rəqibindən biridir.


Son xəbərlər
26.09.24  17:19

Donnarumma qayıtdı