Azərbaycan millisininin oyununun vaxtı dəyişdirildi

Azərbaycan millisininin oyununun vaxtı dəyişdirildi
XƏBƏR 26 Sentyabr 2024 / 15:45 1388
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə oyununun başlama saatı dəyişdirilib. 

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün saat 16:00-da başlayacaq.

Qeyd edək ki, İspaniyanın Kadiz şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) seçməsi ilə qarşılaşacaq.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner