“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.
28 yaşlı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib: “Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.
Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb. Bunun üçün mübarizəyə hazır olduğunu söyləyib: “Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.
Paçu komandanın düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu da əlavə edib: “Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.
Qeyd edək ki, "Kəpəz" Paçu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında