"Fənərbaxça"dan qələbə, "Qarabağ"ın rəqibi "Beşiktaş" darmadağın etdi

"Fənərbaxça"dan qələbə, "Qarabağ"ın rəqibi "Beşiktaş" darmadağın etdi
AVROKUBOKLAR 27 Sentyabr 2024 / 01:37 2770
-  A +

Bu gün Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vurulub.

QOl.az xəbər verir ki, turun ikinci oyun günündə 9 matç keçirilib.

Azərbaycan çempionu “Qarabağ” səfərdə “Tottenhem”in qonağı olub. Görüşün 23:00-da başlaması planlaşdırılsa da, "Qarabağ"ı daşıyan avtobus tıxac səbəbindən arenaya gec çatıb. Oyun saat 23:35-də start götürüb. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.

Bu gün eyni zamanda "Qarabağ"ın Avropa Liqasında rəqibi olan 8 komandadan daha 5-i - "Malmö" (İsveç), "Ayaks" (Niderland), "Styaua" (Rumıniya), "Lion" (Fransa) və "Olimpiakos" (Yunanıstan) da ilk oyunlarını keçiriblər. 

Həmçinin bu gün qardaş ölkə Türkiyənin 2 klubu da meydana çıxıb. “Fənərbaxça” “Yunion”a qaib gəlib - 2:1. “Beşiktaş” “Ayaks”a 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, 2-ci turun matçları oktyabrın 3-də keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

Avropa Liqası, Liqa mərhələsi, 1-ci tur 

26 sentyabr

20:45."Fənərbaxça" (Türkiyə) - "Yunion" (Belçika) - 2:1

Qollar: Söyüncü, 26, Burgess, 82 - Sayks, 90+3

20:45."Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) - 0:2

Qollar: Bayrami, 1, Makkauslend, 76

23:00."Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 4:0

Qollar: Kian Fitz Jim, 31, Qodts, 51, 73, Teylor, 55

23:00."Roma" (İtaliya) - "Atletik" (İspaniya) - 1:1

Qollar: Dobvik, 32 - Paredes, 85

23:00."Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:1

Qollar: Bruma, 88, 90+5-pen. - Davida, 30-pen.

Qırmızı vərəqə: Qavriel Kaniçovski, 90+8, Tirese Asante, 90+9 ("Makkabi")

23:00."Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya) - 3:3

Qollar: Ekitike, 38, Ebimbe, 62, Kristensen, 67 - Sulç, 41, Adu, 86, Jemelka, 90+3

23:00."Styaua" (Rumıniya) - RFS (Latviya) - 4:1

Qollar: Birliqea, 8, Stefanesku, 32, Olaru, 58, 69 - Lipusçek, 23

23:00."Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:0

Qollar: Çerki, 65, Benrahma, 71

23:35. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:0

Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)

25 sentyabr

“Bodo Qlimt” (Norveç) - “Portu” (Portuqaliya) - 3:2

“Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) - 3:2

"Anderlext" (Belçika) - "Ferentsvaroş" (Macarıstan) - 2:1

"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:3

"Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan) - 3:1

"Ludoqorets" (Bolqarıstan) - "Slaviya" (Praqa, Çexiya) - 0:2

"Mançester Yunayted" (İngiltərə) - "Tvente" (Niderland) - 1:1

"Midtyulland" (Danimarka) - "Hoffenhaym" (Almaniya) - 1:1

"Nitsa" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 1:1

Daha çox


Son xəbərlər
26.09.24  17:19

Donnarumma qayıtdı