Almaniya 2-ci bundesliqa təmsilçisi "Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına açıqlama verib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü futbola yaranan marağının mənbəyini 2002-ci ilin dünya çempionatına baxdıqda anası Elnura Emrelinin verdiyi reaksiya ilə əlaqələndirib: “Onun reaksiyasından oyuna necə də həyəcanlı baxdığını gördüm. Bu, bir uşaq kimi mənim içimdə nəyisə yandırdı. Beləcə də futbola başladım”.
Millimizin oyunçusu “Qarabağ”ın heyətində çıxdığı ilk Çempionlar Liqası təcrübəsindən də danışıb: “Əlbəttə ki, Londonda, “Stemfrod Bric”də “Çelsi”yə qarşı “Qarabağ”la ilk Çempionlar Liqası matçını xatırlayıram. Bizim heç bir şansımız yox idi, amma bizim üçün yenə də tarixi matç idi. Ab-havasına görə yaddaşımda qalan üç stadionun adını çəkməli olsam, Dortmund “Borussiya”sı, PAOK və “Roma”nın stadionlarını deyərdim”.
O, legioner həyatına başlaması barədə fikirlərini bildirib: “Yoluma başlayanda bunu tək özümə görə yox, həm də ölkəmə görə etmişdim. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya qədər gəlib çıxan elə də çox futbolçu yoxdur. Mən Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, onlar da belə addım atmaqda cəsarətli olsunlar. Mən ünsiyyətcil və digər mədəniyyətləri öyrənməyi xoşlayan birisiyəm”.
M. Emreli digər millətlərə tolerantlığının Azərbaycanda gördüyü mədəniyyətdən irəli gəldiyini deyib: “Biz çox tolerantıq və müsəlman ölkəsiyik, amma digər dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Bizdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Məsələn, ruslar ukraynalılarla bir yerdə qalırlar. Biz fərqli mədəniyyətlərlə böyüyüb, onlarla harmoniyada yaşamağı öyrənirik. Bu, mənim üçün digər ölkələrdə yaşamağın çətin olmamasının səbəblərindəndir. Hazırda dünyada çoxlu nifrət var. Mən insanlara göstərmək istəyirəm ki, başqa çıxış yolu da var”.
O, Almaniyadakı həyatından da danışıb: “Burada milli bayramlar görsəm, çəkib onları da paylaşacağam. Azərbaycandan olan azarkeşlərim üçün buranın mədəniyyəti maraqlıdır. Klubuna sadiq olmağın mənasını Almaniyada daha yaxşı öyrəndim. Əgər meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır”.
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər