SOCAR daha bir klubun sponsoru oldu

SOCAR daha bir klubun sponsoru oldu
XƏBƏR 25 Sentyabr 2024 / 19:47 2828
-  A +

SOCAR daha bir Türkiyə klubunun sponsoru olub.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan şirkəti “İğdır” futbol klubu ilə müqavilə imzalayıb. SOCAR Türkiyənin 1-ci Liqa təmsilçisinə 2024/25 mövsümü ərzində sponsorluq edəcək. İmza mərasimində SOCAR Türkiyə-nin baş direktoru Elçin İbadov, “İğdır” klubunun prezidenti Cantürk Alagöz, klub rəhbərləri və “İğdır FK” futbolçuları iştirak ediblər.

Qeyd edək ki, “İğdır FK” turnir cədvəlində 6 oyun keçirərək 10 xalla 5-ci yerdədir.

Xatırladaq ki, SOCAR Türkiyədə "Qalatasaray" futbol klubunun avrokuboklar oyunlarında da sponsorudur.


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki