"Əl-Hilal" Neymarın son durumu haqda

"Əl-Hilal" Neymarın son durumu haqda
XƏBƏR 25 Sentyabr 2024 / 17:28 1010
-  A +

"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus zədəli futbolçusu Neymarın durumu haqqında danışıb.

QOL.az "Goal"a istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun meydana çıxmağa hazır olmadığını deyib: 

“Neymar təkcə "Əl-Hilal" üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı çempionatı üçün çox vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda Neymarın vəziyyətini yenidən qiymətləndirəcəyik”.

Qeyd edək ki, futbolçu 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib. Kluba qoşulduqdan sonra Neymar cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki