Serxio Riko Qətər klubunda

Serxio Riko Qətər klubunda
XƏBƏR 25 Sentyabr 2024 / 14:45 1345
-  A +

PSJ-nin sabiq futbolçusu Serxio Riko karyerasını Qətərdə davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O, "Əl-Qarafa"ya keçəcək.

Tərəflər yaxın vaxtlarda müqavilə bağlayacaqlar. 31 yaşlı qolkiper Qətər klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Riko 2023-cü ilin may ayında atdan yıxılıb  və ciddi kəllə-beyin travması alıb.  O, 82 gün xəstəxanada qalıb. Riko daha sonra PSJ-dən ayrılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner