Miralem Pyaniçin yeni klubu müəyyənləşdi

Miralem Pyaniçin yeni klubu müəyyənləşdi
XƏBƏR 25 Sentyabr 2024 / 13:25 1662
-  A +

"Barselona"nın sabiq futbolçusu Miralem Pyaniçin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, karyerasını Rusiyanın SSKA klubunda davam etdirəcək. 34 yaşlı yarımmüdafiəçi müqavilə imzalamaq üçün Moskvaya yollanıb. Futbolçu bu gün tibbi müayinədən keçəcək və daha sonra tərəflər münasibətləri rəsmiləşdirəcəklər (1+1 illik). O, Rusiya təmsilçisində illik 1 milyon avro+bonus qazanacaq. 

Qeyd edək ki, Bosniya və Herseqovna millisinin üzvü Pyaniçin son klubu "Şarjah" (Birləşmiş Ərəb Əmirlikləri) olub. O, karyerası ərzində "Metz", "Lion", "Roma", "Yuventus", "Barselona", "Beşiktaş"da da oynayıb. 


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki