Mbappe zədələndi

Mbappe zədələndi
XƏBƏR 25 Sentyabr 2024 / 12:50 1134
-  A +

"Real"ın hücumçusu Kilian Mbappe zədələnib.

QOL.az xəbər verir ki, 26 yaşlı futbolçu La Liqanın 7-ci turunda "Alaves"lə matçda (3:2) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 80-ci dəqiqədə əvəzlənib.

İspaniya mətbuatı fransalı hücumçunun bud sümüyündə problemlərin olduğunu yazıb. Onun “Atletiko” ilə oyunda iştirakı sual altındadır. Bildirilir ki, "Real" hazırkı vəziyyətdən narahatdır.

Qeyd edək ki, Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib. O, Madrid təmsilçisi ilə 9 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki