O qolun müəllifi 500 manat qazanacaq

O qolun müəllifi 500 manat qazanacaq
XƏBƏR 25 Sentyabr 2024 / 11:45 663
-  A +

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə 1-ci liqa və 2-ci liqada da start verilir. 

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki