"Sevilya" baş məşqçisi ilə bağlı qərarını açıqladı

"Sevilya" baş məşqçisi ilə bağlı qərarını açıqladı
XƏBƏR 25 Sentyabr 2024 / 10:17 1321
-  A +

"Sevilya" baş məşqçisi Qarsiya Pimienta ilə müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə sözləşmə 2027-ci ilin yayınadək nəzərdə tutulub. 

Qarsiya bu ilin yayından "Sevilya"nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda İspaniya La Liqasında 7 oyun keçirib, 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 3 dəfə isə uduzub. Hazırda "Sevilya" La Liqanın turnir cədvəlində 12-ci yerdədir.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner