La Liqa "El-Klassiko"nun vaxtını təsdiqlədi

La Liqa "El-Klassiko"nun vaxtını təsdiqlədi
XƏBƏR 24 Sentyabr 2024 / 23:00 4787
-  A +

La Liqanın cari mövsümünün ilk "El Klassiko"su oktyabrın 26-da baş tutacaq.

QOL.az xəbər verir ki, La Liqa matçın tarixini təsdiqləyib. "Real"la "Barselona"sı arasında 11-ci turun oyunu "Santyaqo Bernabeu" (Madrid) stadionunda keçiriləcək.

"Barselona"nın doğma meydanında oynanılacaq digər "El-Klassiko" isə gələn ilin mayına təyin edilib. Ötən mövsüm İspaniyanın ən titullu klubları arasında keçirilən hər iki qarşılaşma 3:2 və 2:1 hesablı qələbə ilə “Real”ın qələbəsi ilə başa çatıb.

İspaniya çempionatının 6-cı turundan sonra "Barselona" 18 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Real” 14 xalla 2-ci pillədə qərarlaşıb.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner