Xavi "Roma"ya baş məşqçilik edə bilər

Xavi "Roma"ya baş məşqçilik edə bilər
XƏBƏR 24 Sentyabr 2024 / 22:19 693
-  A +

"Barselona"nın keçmiş baş məşqçisi Xavi "Roma"nı çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

44 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizəd hesab olunur.

Klub komandanın müvəqqəti baş məşqçisi İvan Yuriçə şans vermək niyyətində deyil. A seriyasının rəhbərliyi Xavi Hernandezi baş məşqçi vəzifəsində görmək istəyir.  

Qeyd edək ki, "Roma"nın son baş məşqçisi Daniele de Rossi sentyabrın 22-də istefaya göndərilib.


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki

23.09.24  17:54

"Everton" satıldı