Kroos UEFA-nı ələ saldı

Kroos UEFA-nı ələ saldı
XƏBƏR 24 Sentyabr 2024 / 17:52 5031
-  A +

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos UEFA-nı ələ salıb.

QOL.az xəbər verir ki, buna Avro-2024-ün 1/4 finalında Almaniya - İspaniya matçında baş hakim Entoni Teylorun səhvə yol verməsi və UEFA Hakimlər Komitəsinin bu səhvi 3 ay sonra - ötən gün tanıması səbəb olub.

Belə ki, sözügedən qarşılaşmaya əlavə edilmiş vaxtda cərimə meydançasında top ispan müdafiəçi Mark Kukurellanın əlinə dəysə də, referi penalti təyin etməyib. İspaniya millisi 119-cu dəqiqədə qol vuraraq çempionatın yarımfinalına yüksəlib. UEFA görüşdən 3 ay sonra Entoni Teylorun penalti təyin etməmək qərarını səhv kimi tanıyıb.

Kroos isə buna görə qurumu tənqid edib: “Topun ələ dəydiyini başa düşmək üçün 3 ay lazım idi. Amma demək olar ki, hamı bunu bir saniyədə etdi. Hakimin səhvini rəsmi olaraq təsdiqlədikləri üçün indi özümü Avropa çempionu adlandıra bilərəmmi? Yəqin ki, yox”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner