Avstraliya millisində yeni baş məşqçi

Avstraliya millisində yeni baş məşqçi
XƏBƏR 23 Sentyabr 2024 / 13:58 571
-  A +

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir kii, bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb. Komanda Toni Popoviçə tapşırılıb.

51 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib.

Avstraliya yığması DÇ-2026-nın seçmə turnirinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Məşqçilik karyerası ərzində Popoviç “Kristal Pelas”, Yunanıstan və Türkiyə millilərində çalışıb.


Son xəbərlər
22.09.24  13:17

73 il sonra...