“Çətin oyun oldu. “Səbail”ə qarşı səfərdə oynamaq həmişə çətindir. Qazonun süni olması da öz təsirini göstərir. Bununla belə, vacib qələbə qazandıq. Uğurlu çıxışımızı davam etdirməliyik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Misli Premyer Liqasının 7-ci turunda “Səbail” üzərində 4:2 hesablı qələbə qazandıqları görüş barədə danışarkən deyib.
O, qapılarında gördükləri erkən qolun komandada psixoloji gərginlik yaratmadığını bildirib: “Komanda erkən qoldan sonra özünü itirmədi, tez toparlandı. Cavab qolunu da erkən vurduq. Daha sonra qolların ardı gəldi. Pis o oldu ki, ilk yarının sonuna yaxın qapımızda 2-ci qolu gördük. Bu səbəbdən də fasilədən sonra işimiz bir qədər çətin oldu”.
Nuriyev geridə qalan ilk 7 turu komandası üçün normal dəyərləndirib: “Hazırda oyunlar çətin keçir, çoxlu hava mübarizələri olur, standart vəziyyətlərdən xeyli qollar vurulur. Çox vuruşmaq lazımdır. Ümumi götürəndə ilk 7 turda pis çıxış etmədik. Bu da sevindiricidir”.
28 yaşlı futbolçu ötən mövsümlə müqayisədə çempionatın səviyyəsində dəyişiklik olduğunu vurğulayıb: “Keçən il çempionat daha maraqlı idi. Mövqelər üzrə daha gərgin mübarizə gedirdi. Amma ola bilər ki, mövsümün gedişində vəziyyət dəyişsin. Çünki hələ çempionatın əvvəlidir, cəmi 7 tur oynanılıb. Heç nə həll olunmayıb”.
O, növbəti turda səfərdə “Qarabağ”ı məğlub etməyə çalışacaqlarını qeyd edib: “Maraqlı qarşılaşma olacaq. Qələbəyə oynayacağıq. Təbii ki, “Qarabağ”a qalib gəlmək çətindir. Amma bunun üçün əlimizdən gələni edəcəyik”.
A.Nuriyev “Qarabağ”ın hazırda daha güclü olduğunu söyləyib: “Prinsipcə, “Qarabağ” hər il daha güclü görsənir. “Səbail”lə oyunlarına baxmışam. Düzdür, “Qarabağ” 2:1 hesabı ilə qalib gəldi. Amma qol şansları çox yaradırdılar. Bu səbəbdən biz də onlarla görüşdə müdafiədə çox diqqətli olmalıyıq”.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video