Coşqun oynadı, komandası heç-heçə etdi

Coşqun oynadı, komandası heç-heçə etdi
XƏBƏR 23 Sentyabr 2024 / 10:51 404
-  A +

Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor"  Türkiyə birinci liqasında 6-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda "İstanbulspor"la qarşılaşıb. 

Görüş 0:0 hesabı ilə yekunlaşıb. Coşqun matçda meydana start heyətdə çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda "Bandırmaspor" turnir cədvəlində 8 xalla 12-cidir.

Daha çox


Son xəbərlər
22.09.24  13:17

73 il sonra...