Haalanddan Premyer Liqada yeni rekord

Haalanddan Premyer Liqada yeni rekord
XƏBƏR 23 Sentyabr 2024 / 09:00 2613
-  A +

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, buna 5-ci turda "Arsenal"la matçda fərqlənməklə nail olub. 24 yaşlı forvard bununla da yeni mövsümdə Premyer Liqada vurduğu qolların sayını 10-a çatdırb. Bu isə rekorddur. Daha əvvəl heç kim Premyer Liqada ilk 5 matçda 10 qol vurmayıb. 

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından "Mançester Siti"də oynayır. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner