ÇL-də ötən mövsümün ən sürətli futbolçusu bilindi

ÇL-də ötən mövsümün ən sürətli futbolçusu bilindi
XƏBƏR 22 Sentyabr 2024 / 11:03 680
-  A +

UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün ən sürətli futbolçusunun adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu, "Borussiya"nın cinah oyunçusu Kərim Adeyemi olub. UEFA-nın saytında dərc olunmuş texniki hesabatda 22 yaşlı alman futbolçunun həmin mövsüm ən yaxşı sürət nümayiş etdirdiyi qeyd olunub.

“Real”lə turnirin final oyununda Adeyemi 37,8 km/saata sürətlə hərəkət edib. İkinci ən sürətli oyunçu PSJ-nin müdafiəçisi Nuno Mendes olub. Onun göstəricisi 37,2 km/saatdır.

3-cü yeri 36,1 km/saat sürətlə PSJ-nin keçmiş forvardı, hazırda "Real"da çıxış edən Kilian Mbappe tutub.

Adeyemi bu mövsüm Almaniya klubunda 5 matçda iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
21.09.24  20:47

Tovuzda 3 qol - Video

21.09.24  15:37

20 ildə ilk dəfə