Mahir Emreli Almaniyada debüt etdi

Mahir Emreli Almaniyada debüt etdi
XƏBƏR 21 Sentyabr 2024 / 16:56 4627
-  A +

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında debüt edib.  

QOL.az xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandası “Nürnberq”in heyətində bu gün “Herta”ya qarşı ev matçında meydana çıxıb. O, 6-cı turun bu görüşündə ehtiyatda yer alsa da, 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub. 

Lakin onun ilk matçı uğurlu alınmayıb. M.Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Scherhant (37-ci dəq.) və Dardai (90) vurublar.

“Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur. “Herta” isə bu qələbə sayəsində xalını 10-a çatdırmaqla 7-ci pilləyə yüksəlib.


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır