“Neftçi”dən antirekord

“Neftçi”dən antirekord
XƏBƏR 21 Sentyabr 2024 / 14:55 1017
-  A +

“Neftçi” tarixinin antirekorduna imza atıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. 7-ci turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun komandası startdakı 7 oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.

Daha çox


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır