"Hər baş məşqçinin oyun stili var. Hansısa oyundan sonra Qriqorçuk açıqlama vermişdi ki, Emin Mahmudov meydançada mənim sözlərimə əməl etmir. Amma Emin Mahmudov yaxşı futbolçudur".
Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi, 1990-cı illərdə "Neftçi"nin kapitanı olmuş Yunis Hüseynov deyib. O, "Neftçi"nin Emin Mahmudovdan kapitanlıq sarğısını alması haqda danışıb.
Komandanın baş məşqçisi Roman Qriqorçuk yarımmüdafiəçinin meydanda onun sözlərinə əməl etmədiyini bildirib. O, futbolçunu kapitanlıqdan məhrum edib. Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"la derbiyə komandanı kapitan kimi Ramil Şeydayev çıxarıb.

Yunis Hüseynov isə bu qərarın yanlış olduğunu bildirib: "Emin həm milli komandanın, həm “Neftçi”nin kapitanıdır. Uzun illərdir, “Neftçi”yə kapitanlıq edir və, deyərdim ki, hər çıxdığı oyunda canla-başla oynayan futbolçudur. Ola bilər ki, oyunu alınmasın. Amma Emin Mahmudov “Neftçi”yə sadiq futbolçudur. Hər çıxdığı oyunda var gücü ilə oynayıb. Mənə elə gəlir ki, ondan kapitanlığı almaq düzgün hərəkət deyil. Əgər baş məşqçi onu heyətə qoymursa, o başqa şeydir. Oyunçu zəif oynayırsa, heyətə qoymaya bilərsən. Amma kapitanlığı əldən almaq deməkdir ki, mən səni komandada görmək istəmirəm. Bu da əlbəttə ki, o biri futbolçulara təsir edə bilər. O biri futbolçular da düşünə bilərlər ki, kapitanla belə rəftar edirlər".
Mütəxəssis bu qərarın komandada daxili problem yarada biləcəyini vurğulayıb: "Mənə elə gəlir ki, Emin Mahmudova qarşı belə hərəkət etməməli idilər. Nə qədər zəif oynasa belə, komandanın kapitanı idi. Komandanı yığa bilən bir oyunçudur. Ona görə də kapitanlığı çıxarmaq düzgün olmadı. Heyətə qoymamaqları baş məşqçidən asılıdır. Futbolçu zəif oynayanda kimliyindən asılı olmayaraq heyətə buraxılmaya bilər, uzaqlaşdırıla bilər. Amma kapitanlığı çıxarmaq, fikrimcə, səhv idi. Kapitanlığı çıxarmaq artıq “mən səni istəmirəm” deməkdir. Düşünürəm ki, komandada daxili problem yarana bilər. Kapitan təcrübəli, futbolçular arasında hörməti olan, sözükeçən futbolçu olur. Onu da kapitanlıqdan çıxarandan sonra yüz faiz deyə bilərəm ki, komanda daxilində söz-söhbət olur. Mümkün deyil ki, olmasın. Ona görə, mənə elə gəlir ki, Qriqorçukun ən böyük səhvi Emin Mahmudovu kapitanlıqdan çıxarmağı oldu".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında