Misli Premyer Liqasının 7-ci turunda son çempion "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edəcək.
5 matçdan sonra aktivinə 12 xal yazdıran Ağdam təmsilçisi hazırda turnir cədvəlində 2-cidir. Bakı klubu isə 6 oyunun heç birində qələbə qazana bilməyib. Komanda 4 xalla 9-cu yerdə qərarlaşır. Buna baxmayaraq, əzəli rəqiblərin qarşılaşacağı görüş futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Haypers Quba"ya baş məşqçilik edən Vüqar Nadirov bu oyun haqqında fikirlərini bölüşüb. O, QOL.az saytına açıqlamasında əvvəlcə komandaların hazırkı durumuna toxunub:
"Qarabağ" 3 cəbhədə mübarizə aparır - həm Avropa Liqasında, həm Premyer Liqada, həm də Azərbaycan kubokunda. "Qarabağ" buna öyrəşib. Klubun öz sistemi, dəsti-xətti var. Bu sistemlə gedəcəklər. "Qarabağ"ın çox yaxşı heyəti var. Onlar üçün bir problem yoxdur. "Neftçi" isə Roman Qriqorçuku baş məşqçi təyin edib. Vəziyyətləri çətindir. 6 tur keçib, qələbə qazana bilməyiblər. Düşünürəm ki, yeni məşqçi təyin etsələr, sistem yenə dəyişəcək. Hər məşqçi öz sistemi ilə gəlir. Futbolçular üçün də belə durum çətindir. Çünki futbolçu 4-5 il eyni məşqçinin rəhbərliyi altında oynayanda sistemi bilir, öyrəşir. Futbolçular da, məşqçilər də nə istədiyini bilirlər. Qurban Qurbanov 15 ildən çoxdur ki, "Qarabağ"da işləyir. Komanda sistemi bilir. Gündə bir məşqçi gətirsən, sistem dəyişəcək. Futbolçuların ona adaptasiya olmağı üçün də vaxt lazımdır. "Neftçi"nin də hazırda vaxtı yoxdur. Hamı "Neftçi"dən qələbə gözləyir".
V.Nadirov bildirib ki, "Qarabağ" - "Neftçi" matçını maraqla gözləyir: "Hesabın necə olacağnı bilmirəm. Mənə də maraqlıdır. Maraqlı oyunun keçəcəyini düşünürəm. İstərdim ki, derbiyə xas matç olsun. Mənim futbolçu olduğum vaxtlarda da "Qarabağ" - "Neftçi" oyunları maraqlı keçirdi. Azarkeşlər ajiotaj yaradırdılar. Futbol ictimaiyyəti üçün maraqlı bir oyunun keçməsini istəyirəm".
Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər