Kenan Yıldızdan ÇL-də 3 rekord

Kenan Yıldızdan ÇL-də 3 rekord
XƏBƏR 18 Sentyabr 2024 / 10:48 3631
-  A +

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız Çempionlar Liqasında yeni rekordlara imza atıb.

QOL.az xəbər verir ki, o, buna Liqa mərhələsinin 1-ci turunda PSV ilə matçda (3:1) nail olub. Kenan sözügedən görüşdə fərqlənib. 

Kenan Yıldız Türkiyənin tarixinə düşüb. 19 yaş 136 günlüyündə olan oyunçu ÇL-də fərqlənən ən gənc türkiyəli adına yiyələnib. Yıldız Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyub.

Bununla da o, "Yuventus"un heyətində ÇL-də qol vuran ən gənc futbolçu adını qazanıb. Kenan Alessandro Del Pyeronun rekordunu qırıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya"a (Dortmund) 20 yaş 308 günündə qol vurub.

Həmçinin hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.

Bizi Teleqramda da izləmək üçün bu linkə daxil olun

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner