Çexiya yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir.
QOL.az xəbər verir ki, dünən ilk məşqinə çıxan komanda bu gün oyunöncəsi son çalışmasını yerinə yetirəcək. Komandanın üzvü Oktay Rüstəmli oyunlara hazırlığı haqda Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetiririk. Dünən isə Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür. Əlbəttə, yoldaşlıq oyunları olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz matçın statusundan asılı olmayaraq qələbə qazanmaqdır. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq.
Komandada ab-hava yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas tapşırıq baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik.
Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzağ, alnıaçıq çıxacağımıza inanıram”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı