Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 1-ci turun 6 matçı keçirilib.
Həmçinin oxuyun: Çempionlar Liqasında yeni formatın ilk püşkü atıldı - Yenilənib
“Yuventus” PSV-yə 3:1, "Liverpul" "Milan"a 3:1 hesabı ilə qalib gəlib. "Bavariya" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"sunu darmadağın edib - 9:2. Münhen klubunda Harri Keyn poker edib. Son çempion "Real" isə "Ştutqart"ı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi.
Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində yekunda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
17 sentyabr
20:45 "Yuventus" (İtaliya) – PSV (Niderland) - 3:1
Qollar: Yıldız, 21 (1:0), Makkenniy, 27 (2:0), Qonzales, 52 (3:0), Saybari, 90+3 (3:1)
20:45 "Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) - 0:3
Qollar: Tielemans, 27, Remzi, 38, Onana, 86
23:00 "Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) - 1:3
Qollar: Pulişiç, 3 (1:0), Konate, 23 (1:1), Van Deyk, 41 (1:2), Szoboszlay, 67 (1:3)
23:00 "Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
Qollar: Keyn, 20-pen. (1:0), Qurreyro, 34 (2:0), Olise, 38 (3:0), Petkoviç, 49 (3:1), Oqivara, 51 (3:2), Keyn, 58 (4:2), Olise, 61 (5:2), Keyn, 73-pen. (6:2), 78-pen. (7:2), Sane, 85 (8:2), Qoretska, 90+2 (9:2)
23:00 "Real" (İspaniya) – "Ştutqart" (Almaniya) - 3:1
Qollar: Mbappe, 46 (1:0), Undav, 68 (1:1), Rüdiger, 83 (2:1), Endrik, 90+5 (3:1)
23:00 "Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) - 2:0
Qollar: Qyökeres, 38 (1:0), Debast, 65 (2:0)
Qırmız vərəqə: Qomes, 40 ("Lill")
18 sentyabr
20:45. "Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna)
20:45. "Sparta" (Çexiya) - "Zalsburq" (Avstriya)
23:00. "Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya)
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)
23:00. PSJ (Fransa) - "Jirona" (İspaniya)
19 sentyabr
20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya)
20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletiko" (İspaniya) - "Leyptsiq" (Almaniya)
23:00. "Brest" (Fransa) - Şturm Qratz" (Avstriya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”