Azərbaycan millisi Şotlandiyaya uduzdu

Azərbaycan millisi Şotlandiyaya uduzdu
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2024 / 01:02 3597
-  A +

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

QOL.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində sentyabrın 6-da Niderlandın, 9-da isə Uelsin U-19 komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner