"Neftçi"dən növbəti transfer

"Neftçi"dən növbəti transfer
XƏBƏR 28 Avqust 2024 / 23:02 5985
-  A +

"Neftçi" heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbonu transfer edib. "Neftçi" forvardla 2 illik müqavilə bağlayıb. O, komandada 22 nömrəli formanı geyinəcək.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.

Qeyd edək ki, "Neftçi" bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer,  Andrey Ştoqrin, Rüstəm Samiqullin,  Rafal Quzzo və Mustafa Seki sıralarına qatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner