Azərbaycan təmsilçilərinin ÇL-dəki rəqibləri bilindi

Azərbaycan təmsilçilərinin ÇL-dəki rəqibləri bilindi
XƏBƏR 28 Avqust 2024 / 21:35 7415
-  A +

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

QOL.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub. 

“Birbaşa Bakı” “BKMK Brno” (Çexiya), “Nottingem Livorno” (İtaliya) və “Orteqa Tvins Malaqa” (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

“Aznur”un rəqibləri isə “Andezit” (Ukrayna), “Qalport Svieçe” (Polşa) və “Piopios Bayonne” (Fransa) kollektivləri olub.

Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada keçiriləcək.


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner