Kyezadan "Liverpul" açıqlaması

Kyezadan "Liverpul" açıqlaması
XƏBƏR 28 Avqust 2024 / 18:55 3028
-  A +

"Yuventus"un hücumçusu Federiko Kyeza İngiltərə "Liverpul"una keçdiyini təsdiqləyib.

QOL.az xəbər verir ki, 26 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. O yazıb: 

"Mən çox xoşbəxtəm. "Liverpul"a qatılmaq üçün səbirsizlənirəm. Mən və ailəm həqiqətən çox xoşbəxtik

“Yuventus”a və azarkeşlərə təşəkkür edirəm. Onlar mənə həmişə xüsusi münasibət bəsləyiblər. İndi "Liverpul"a qatılmaq vaxtıdır. Mən daha çox gözləyə bilmirəm!"

Qeyd edək ki, Kyeza 2020-ci ildən "Yuventus"da oynayırdı. O, İtaliya millisinin də üzvüdür. 


Son xəbərlər
topaz banner