"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
XƏBƏR 27 Avqust 2024 / 11:53 1236
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” - “Omoniya” (Kipr) oyununun biletləri bu gün – 27 avqust saat 13:00-dan satışa çıxarılacaq.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri “Zirə İdman Kompleksi”  və “Dalğa Arena”dır.

Qeyd edək ki, avqustun 29-u keçiriləcək "Zirə" - "Omoniya" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Kipr klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər