“Sabah” Bundesliqa klubuna qalib gəldi

“Sabah” Bundesliqa klubuna qalib gəldi
XƏBƏR 27 Avqust 2024 / 01:32 4301
-  A +

FIBA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu Litvada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, paytaxt klubu Almaniya Bundesliqasında mübarizə aparan "Rostok Sivulvz"la qarşılaşıb. 

Matç “Sabah”ın 72:71 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-da başa çatacaq. 

Daha çox


Son xəbərlər