"Bavariya"dan Bundesliqa rekordu

"Bavariya"dan Bundesliqa rekordu
XƏBƏR 26 Avqust 2024 / 22:21 2896
-  A +

"Bavariya" Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, komanda buna 2024/25 mövsümünün 1-ci turu çərçivəsində "Volfsburq"a qalib gəlməklə (3:2) nail olub.

Münhen təmsilçisi ardıcıl 13-cü dəfə Bundesliqa mövsümə məğlubiyyətsiz başlayıb. Bu isə çempionatın rekordudur. 

"Bavariya" Bundesliqanın son 13 mövsümünü ilk matçlarında 11 dəfə qalib gəlib, 2 dəfə heç-heçə edib. 

Daha çox


Son xəbərlər