A seriyasının oyunlarında 1 dəqiqəlik sükut

A seriyasının oyunlarında 1 dəqiqəlik sükut
XƏBƏR 26 Avqust 2024 / 20:41 2577
-  A +

İtaliya A seriyasının və B seriyasının bu həftə keçiriləcək matçları 1 dəqiqəlik sükutla başlayacaq.

QOL.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. 

Belə qərar verilməsinə səbəb isveçli mütəxəssis Sven-Jeran Erikssonun vəfat etməsidir. O, bu gün 76 yaşında xərçəngdən dünyasını dəyişib. 

Qeyd edək ki, Erikssonun son iş yeri "Karlstad" olub. O, burada idman direktoru vəzifəsində çalışıb. Mütəxəssis İtaliyada “Roma”, “Fiorentina”, “Sampdoriya” və “Latsio”ya baş məşqçilik edib.


Son xəbərlər
topaz banner