"Zirə"nin rəqibindən böyükhesablı qələbə - Video

"Zirə"nin rəqibindən böyükhesablı qələbə - Video
XƏBƏR 26 Avqust 2024 / 13:25 2584
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə”nin rəqibi olan “Omoniya” Kipr çempionatında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, Nikosiya təmsilçisi öz meydanında “Etnikos Axna” ilə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Zirə” - “Omoniya” matçı avqustun 29-da Mərdkəandakı "Liv Bona Dea Arena”da keçiriləcək. Komandalar arasında Nikosiyada oynanılan matçda "Omoniya" 6:0 hesablı qələbə qazanıb.


Son xəbərlər
topaz banner