Cəlalın komandasından qələbə

Cəlalın komandasından qələbə
XƏBƏR 25 Avqust 2024 / 14:30 1419
-  A +

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 6-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə ÇSKA (Sofiya) ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Arda" - ÇSKA - 2:1
Qollar:
Offor, 42 (1:0), Tilev, 53 (2:0), Koyalipou, 85 (2:1)

Cəlal görüşdə meydana start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 9 xalla 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner